“Tokio-2020” Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin şef-de missionu müəyyənləşib
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıq ilə bağlı işlər davam etdirilir.

Komitə “Tokio-2020”yə hazırlığın sonuncu mərhələsinə başlayıb. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib.

İclasda İ.Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar verib və eyni zamanda “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və onun müavinlərini təyin edib. Komitə prezidentinin qərarına əsasən, Rauf Mürsəlov komandanın şef-de-missionu, Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli şef-de-missionun müavinləri təyin ediliblər.

Xəbər 405 dəfə oxundu.