Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə yığmasının üzvləri Antalyaya yola düşüblər
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə yığma komandası təlim-məşq toplanışında iştirak etmək üçün Antalyaya yola düşüb.

Hazırlıq prosesində baş məşqçi İlqar İbişovun rəhbərliyi altında 6 idmançı iştirak edəcək.

Təlim-məşq toplanışına mayın 5-də yekun vurulacaq.

Toplanış mayın 17-24-də Tbilisidə keçiriləcək pauerliftinq üzrə dünya kuboku yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 382 dəfə oxundu.