London-2012: Soltan Migitinov ilk döyüşdə sevindi
Bu gün London olimpiadasında boks yarışlarına start verilib. İdman.com.az saytının məlumatına görə, ilk gün Azərbaycanın 1 təmsilçisi rinqə çıxıb.

Yığmamızın üzvlərindən mübarizəyə Soltan Migitinov (75 kq) qoşulub. 1/16 final mərhələsindən yarışa qatılan həmyerlimiz misirli Məhəmməd Hikalla qüvvəsini sınayıb. Bakı vaxtı ilə saat 20:15-də başlayan döyüş boküçumuz üçün uğurlu başlayıb.

Belə ki, ilk raundda 4:2 hesabı ilə qalib gələn Migitinov ikinci hissədə xal fərqini 5 xala çatadırıb – 10:5. Yekunda isə təmsilçimiz 20:12 hesabı ilə qalib gələrək, 1/8 final mərhələsinə yüksəlib.

Azərbaycanın təmsil olunduğu 56 kq çəki dərəcəsində də ilk döyüşlər keçirilir. Lakin bu çəkidəki təmsilçimiz Məhəmməd Abdulhəmidov ilk mərhələdən azaddır.

Bu gün isə onun rəqibi müəyyənləşəcək. Belə ki, boksçumuz bu gün baş tutacaq İsaac Doqboe (Qana) – Satoşi Şimizu (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimizin rəqibinin müəyyənləşəcəyi döyüş bu gecə 01:45-də başlayacaq.

Xəbər 1548 dəfə oxundu.