Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər | |
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) taekvando idman növü üzrə komandası təlim-məşq toplanışında iştirak etmək üçün Özbəkistana yola düşüb. Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 6 parataekvondoçumuz aprelin 25-dək Daşkənddə hazırlıq prosesində iştirak edəcək. Təlim-məşq toplanışı mayın 9-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa təsnifat oyunlarına hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 476 dəfə oxundu. |
|
|