Futzal üzrə Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə yekun vurub | |
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib. Bakı İdman Sarayında keçirilən qarşılaşmada Yunanıstan yığması ilə üz-üzə gələn millimiz 4:0 hesablı qələbə qazanıb. Panagiotis Gousisin avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Fineo, İsa Atayev və Ramiz Çovdarov vurublar. Qeyd edək ki, aktivində 16 xalı olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib. |
|
Xəbər 363 dəfə oxundu. |
|
|