Azərbaycan Özbəkistanda beynəlxalq turnirdə təmsil olunur | |
Termez şəhərində Özbəkistan Prezidentinin mükafatı uğrunda Hakim at-Termezinin xatirəsinə həsr olunan XV beynəlxalq kuraş turnirinin açılışı olub. Özbəkistan milli oyunu olan kuraş turnirinə dünyanın 27 ölkəsindən idmançılar qatılıb. Hakim at-Termezi kompleksində keçirilən açılış mərasimində Surxandərya vilayətinin hakimi Tura Bobolov, Özbəkistan Kuraş Federasiyasının təmsilçiləri, tanınmış idmançılar iştirak edib. Turnirdə ölkəmizi Azərbaycan idmançısı Knyaz Mahmudlu təmsil edir. Qulu Kəngərli |
|
Xəbər 401 dəfə oxundu. |
|
|