“Julius Baer Challengers Chess Tour”: Günay Məmmədzadə daha 5 turda mübarizə aparacaq | |
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turniri davam edir. Bu gün şahmatçılar daha 5 turda mübarizə aparacaqlar. G.Məmmədzadə 6-cı turda amerikalı Kristofer Yoo, 7-ci turda rusiyalı Polina Şuvalova, daha sonra danimarkalı Yonas Byerre, növbəti turda hindistanlı Qukeş Dommaracu, nəhayət günün son yarışında almaniyalı Vinsent Keymerlə qarşılaşacaq. Qeyd edək ki, turnirin ilk 5 turunu Azərbaycan təmsilçisi 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə başa vurub. O, 2 xalla 12-15-ci yerləri bölüşür. Yarışda hər komandada 10 şahmatçı olmaqla, iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir. |
|
Xəbər 380 dəfə oxundu. |
|
|