Sabah Azərbaycan taekvondoçularının da qatılacaqları Avropa çempionatı start götürəcək
Sabah Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan komandasının da qatılacağı Avropa çempionatı start götürəcək.

Aprelin 8-11-də keçiriləcək qitə çempionatında komandamız 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda kişilər arasında Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlar mübarizəsində isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda yarışacaqlar.

Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.

Xəbər 409 dəfə oxundu.