MMA döyüşçümüz Nəriman Abbasov növbəti görüşünü keçirəcək | |
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək. İdmançımız Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək. Aprelin 10-da baş tutacaq qarşılaşmada N.Abbasovun rəqibi Rusiya təmsilçisi Şamil Amirov olacaq. Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan idmançımız titulunu qorumaq üçün mübarizə aparacaq. Lujnikidəki görüş N.Abbasovun 29-cu sınağı olacaq. O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Təmsilçimiz son 10 qarşılaşmada qələbəyə sevinib. Xatırladaq ki, idmançımız ötən ilin sentyabrında baş tutan son sınağında Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb. |
|
Xəbər 413 dəfə oxundu. |
|
|