Azərbaycanın yeniyetmə qılıncoynadanı dünya birinciliyində yeddinci olub
Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya birinciliyində yeniyetmələrin sablya yarışına yekun vurulub.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Murad Əkbərov otuzikidəbir finalda polşalı Marsel Broniszevski (15:13), ardınca belaruslu İvan Nasennik (15:8) üzərində qələbə qazanmaqla səkkizdəbir finala yüksəlib. Bu mərhələdə özbəkistanlı rəqibi Musa Aymuratovu (15:12) məğlub edən idmançımız dörddəbir finalda rusiyalı sablyaçı Arseniy Şelekova 7:15 hesabı ilə uduzaraq dünya birinciliyində yeddinci olub. Arseniy Şelekov birinci pley-off görüşündə qrup mərhələsini 5 qələbə ilə başa vuran digər sablyaçımız Saleh Məmmədova 15:12 hesabı ilə qalib gəlib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Maqsud Hüseynli isə pley-offda Türkiyə təmsilçisi Efe Dincə 11:15 hesabı ilə uduzub.

Xəbər 399 dəfə oxundu.