Taekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər
Bolqarıstanın paytaxtı Sofiya şəhəri taekvondo üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

Aprelin 8-11-də təşkil olunacaq qitə çempionatına millimiz də qatılacaq.

Azəbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gün Bolqarıstana yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kiloqramdan yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Yarışda federasiyanın baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.

Xəbər 416 dəfə oxundu.