On səkkiz yaşadək atletlər arasında Avropa çempionatı ləğv olunub
Avropa Atletika Federasiyası İtaliyanın Rieti şəhərində keçirilməsi nəzərdə tutulan 18 yaşadək idmançılar arasında Avropa çempionatının ləğv edilməsini elan edib.

Avqustun 26-dan 29-dək keçirilməsi nəzərdə tutulan yarış pandemiya səbəbindən ləğv edilib.

Qeyd edək ki, çempionatda Azərbaycan yığma komandası da mübarizə aparacaqdı.

Xəbər 436 dəfə oxundu.