Azərbaycanın qılıncoynadanları dünya birinciliyində iştirak edəcəklər
Azərbaycanın qılıncoynatma üzrə milli komandası aprelin 3-dən 11-dək Misirin paytaxtı Qahirədə keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcək.

Qılıncoynatmanın sablya növündə Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov şəxsi yarışda, eyni zamanda gənclərin komanda yarışında qüvvəsini sınayacaq. Zərifə Hüseynova şəxsi, Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparacaq.

Şpaqa növündə isə Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcək. Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək. Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə gənclərin komanda yarışında ölkəmizi təmsil edəcək.

Xəbər 422 dəfə oxundu.