“Bahar bayramı”na həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə “Bahar bayramı”na həsr olunan onlayn şahmat turniri keçirilib.

Turnirdə ən yüksək nəticə göstərən Yunis Mahmudzadə, İsmayıl Süleymanlı, Aytac Kərimli ümumi hesabda ilk üçlükdə qərarlaşıblar.

Qızlar arasında Aytac Məmmədova, U-8 yaş kateqoriyasında Səfa Hümbətov, U-10 yaş kateqoriyasında Paşam Əlizadə, 12 yaşadək idmançılar arasında Məhəmməd Bağırov fərqləniblər.

Xəbər 399 dəfə oxundu.