Futbol üzrə Lüksemburq millisi Azərbaycan yığması ilə oyuna itki ilə çıxacaq
Futbol üzrə Lüksemburq millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunda Lüksemburq millisi Maksim Şanonun xidmətindən məhrum olub. Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir.

Futbolçu Portuqaliya ilə keçirilən qarşılaşmada (1:3) ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıb. Buna görə də M.Şano dünya çempionatının seçmə mərhələsinin dördüncü turunu buraxacaq.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu sentyabrın 1-də keçiriləcək.

Xəbər 398 dəfə oxundu.