Luis Hamilton Mixail Şumaxerin daha bir rekordunu yeniləyib
Hazırkı dünya çempionu, əfsanəvi Mixael Şumaxerin bir neçə rekordunu üstələyən “Mercedes” komandasının pilotu Luis Hamilton Bəhreyn Qran-Prisinin sonunda almaniyalı sürücünün daha bir rekordunu yeniləyib.

Sahirdəki qələbədən sonra L.Hamiltonun lider olduğu dövrələrin sayı artıq 5 min 126-ya çatıb. M.Şumaxer isə ötən illər ərzində 5 min 111 dövrədə lider olub.

Xatırladaq ki, 2021-ci ildə titul qazanacağı təqdirdə, L.Hamilton F-1-in yeganə 8 qat dünya çempionu olacaq.

Xəbər 393 dəfə oxundu.