Millimiz yoxlama oyununda qalib gəlib | |
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib. U-17-nin qollarını Nahid Əliyev, Sənan Ağalarov və Rüfət Abbasov vurublar. |
|
Xəbər 399 dəfə oxundu. |
|
|