Sambo üzrə növbəti dünya çempionatının Daşkənddə keçiriləcəyi təsdiqlənib
Dünya Antidopinq Agentliyi (WADA) sambo üzrə dünya çempionatının 2021-ci ilin payızında Daşkənddə keçiriləcəyini təsdiqləyib.

Bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl dünya çempionatının 2021-ci ilin noyabrın 16-18-də Moskvada keçirilməsi planlaşdırılmışdı. Daha sonra Ümumrusiya Sambo Federasiyası FIAS-a və Moskva meriyasına turnirin 2025-ci ilə qədər təxirə salınması xahişi ilə müraciət etmişdi.

Daşkənddə keçiriləcək dünya çempionatı noyabrın 11-15-də baş tutacaq.

Xəbər 513 dəfə oxundu.