Kişi qılıncoynadanlarımız dünya kubokunun təsnifat mərhələsində çıxışlarını başa vurublar
Martın 19-da Rusiyanın Kazan şəhərində şpaqa üzrə dünya kubokunda şəxsi yarışa start verilib.

Kişi şpaqaçıların şəxsi yarışının təsnifat mərhələsində 5 qılıncoynadanımız mübarizə aparıb. Şpaqaçılarımızdan Kənan Əliyev və Ruslan Həsənov təsnifat mərhələsinin pley-offuna yüksəlməyi bacarıb. Fərrux Səfərov, Barat Quliyev və Xalid Əliyev isə mübarizəni erkən dayandırıb. Pley-offda keçirdiyi ilk görüşdə ABŞ təmsilçisi Adam Zmislovskiyə 15:13 hesabı ilə qalib gələn Kənan növbəti qarşılaşmada Yaponiya şpaqaçısı Ryu Matsumotoya 10:15 hesabı ilə uduzub. Ruslan Həsənov isə pley-off çərçivəsində keçirdiyi ilk görüşdə danimarkalı Konrad Konqstada 12:15 hesabı ilə məğlub olub. Martın 23-dək davam edəcək turnirdə kişi şpaqaçılarımız komanda yarışında çıxış edəcək.

Xəbər 396 dəfə oxundu.