UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb | |
Martın 19-də futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir: “Mançester Siti” (İngiltərə) - “Borussiya Dortmund” (Almaniya); “Portu” (Portuqaliya) - “Çelsi” (İngiltərə); “Bavariya” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa); “Real Madrid ” (İspaniya) - “Paris Sen-Jermen” (Fransa). “Mançester Siti” - “Borussiya Dortmund” qarşılaşmasının qalibi yarımfinalda “Bavariya” - “Paris Sen-Jermen” görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Portu” - “Çelsi” cütünün qalibi isə “Real Madrid” - “Paris Sen-Jermen” duelinin qalibi ilə qarşılaşacaq. Dörddəbir finalın ilk oyunları aprelin 6-7-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Yarımfinal mərhələsinin ilk görüşləri aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Qeyd edək ki, püşkatma mərasimində qonaq qismində Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop iştirak edib. |
|
Xəbər 421 dəfə oxundu. |
|
|