Azərbaycan qılıncoynadanı dünya kubokunda mübarizəni dayandırıb
Macarıstanın paytaxtı Budapeşt şəhərində kişi və qadın sablyaçılar arasında keçirilən dünya kubokunda şəxsi yarışların əsas mərhələsinə yekun vurulub.

1/32 finalda Macarıstan təmsilçisi Kira Keszeyə 15:4 hesabı ilə qalib gələn Anna Başta ən güclü 32 qadın sablyaçı sırasına yüksəlib. A.Başta 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə məğlub olub.

Otuzikidəbir finalda Rusiya sablyaçısı Olqa Nikitinaya 6:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə mübarizəni dayandırıb.

Qeyd edək ki, qadın sablyaçılarımız həm şəxsi, həm də komanda yarışlarında mübarizə aparırlar. Yarışlar martın 14-də başa çatacaq.

Xəbər 405 dəfə oxundu.