Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan onlayn şahmat turniri keçirilib
11-12 mart tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan onlayn şahmat turniri keçirilib.

Yekun nəticələrə görə, birinci yerə “Qarabağ Azərbaycandır”, ikinciyə “Dəmir yumruq”, üçüncüyə “Sərkərdə” komandaları layiq görülüb.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak edib.

Xəbər 511 dəfə oxundu.