Taekvondoçumuz beynəlxalq turnirdə gümüş medala sahib olub
Taekvondo komandamız İstanbulda keçirilən “Turkish Open” beynəlxalq turnirində daha bir medala sahib olub.

Olimpiya, dünya və Avropa çempionu Radik İsayev turnirdə komandamızın aktivinə gümüş medal yazdırıb. İdmançımız həlledici qarşılaşmada İspaniya təmsilçisi İvan Qarsia Martinesə uduzub.

Qeyd edək ki, yarışın birinci günündə komandamızın üzvü Milad Beigi Hərçəqani bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Yarışa martın 13-də yekun vurulacaq.

Xəbər 413 dəfə oxundu.