Hafiz Yusif oğlu Cəfərov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Görkəmli idman xadimi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hafiz Cəfərov oktyabrın 5-də ömrünün 74-cü ilində vəfat edib.

Hafiz Yusif oğlu Cəfərov 1946-cı il aprel ayının 24-də Bakı şəhərində anadan olub. O, 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
H.Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının məşqçisi olub.
Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətlərə görə keçmiş SSRİ-nin idman ustası, Bədən tərbiyəsi və idman əlaçısı, Ümumittifaq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb.

2000-ci ildə “Şöhrət" ordeni, 2004-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2008-ci ildə isə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülüb.

Hafiz Cəfərovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası
Gənclər və idman Nazirliyi


Xəbər 641 dəfə oxundu.