Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq | |
Azərbaycan cüdoçusu Kəramət Hüseynov (60 kq) Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq. Əvvəlki görüşlərini qalib başa vuran cüdoçumuz yarımfinalda Qazaxıstan təmsilçisi Yeldos Smetova məğlub olub. Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır. Yarışda ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir. |
|
Xəbər 409 dəfə oxundu. |
|
|