Boksçularımız Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirirlər
Baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız hazırlığı Türkiyənin Kastamonu şəhərində keçir.

Təlim-məşq toplanışında Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) iştirak edirlər. Boksçularımızın hazırlığı martın 21-dək davam edəcək.

Boksçularımız hazırlıq çərçivəsində İstanbulda martın 16-da start götürəcək və beş gün davam edəcək Boğaziçi turnirində də mübarizə aparacaqlar.

Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Belə ki, o, Avropa Olimpiya təsnifat turnirində dörddəbir finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya qazanıb.

Xəbər 423 dəfə oxundu.