"Red Bull Racing" yeni mövsüm üçün bolidini təqdim edib
Formula 1 üzrə dünya çempionatında çıxış edən "Red Bull Racing” komandası yeni mövsüm üçün bolidini təqdim edib.

Komanda bu barədə rəsmi kanallarında paylaşım edib. Bolidə RB16B adı verilib.

Qeyd edək ki, Formula 1-də 2021-ci il mövsümü martın 26-28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Xəbər 564 dəfə oxundu.