Finlandiya 2022-ci ildə badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Finlandiya 2022-ci ilin aprelində qadın və kişi badmintonçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.

Bununla bağlı açıqlama verən Avropa Badminton Konfederasiyasının baş katibinin müavini Cimmi Andersen koronavirus pandemiyası səbəbindən mövcud məhdudiyyətlərə baxmayaraq Finlandiyanın həm Avropa çempionatına, həm də bu ilin fevral ayında keçiriləcək U-15 qitə birinciliyini qəbul edə biləcəyindən məmnunluğunu ifadə edib. O deyib: “Ümid edirik ki, 2022-ci ildə vəziyyət indiki kimi olmayacaq və azarkeşlər yarışları zalda izləyə biləcəklər”.

Xəbər 455 dəfə oxundu.