Millimizin üzvü “Barselona” ilə oyunda fərqlənib | |
Futzal üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib. Millimizin üzvü Eduardonun da çıxış etdiyi “Aner-Villnev” (Fransa) “Barselona” (İspaniya) ilə qarşılaşıb. Matç Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Fransa təmsilçisinin oyundakı yeganə qolunu Eduardo vurub. O, 9-cu dəqiqədə fərqlənib. Qeyd edək ki, “Aner-Villnev” bu mərhələdə uduzmaqla turnirlə vidalaşıb. |
|
Xəbər 456 dəfə oxundu. |
|
|