Naomi Osaka ikinci dəfə Australian Open turnirinin qalibi olub
Yapon tennisçi Naomi Osaka karyerasında ikinci dəfə Avstraliya açıq çempionatının (Australian Open) qalibi olub.

Bu gün qadınlar arasında keçirilən final qarşılaşmasında Osaka ABŞ tennisçisi Cennifer Brediyə iki setdə qalib gəlib (6:4, 6:3).

Naomi Osaka, həmçinin “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq çempionatının da ikiqat qalibidir (2018 və 2020).

Xatırladaq ki, Avstraliya açıq çempionatının kişilər arasında final görüşü fevralın 21-də keçiriləcək. Rusiyalı Daniil Medvedev turnirin səkkizqat qalibi serb Novak Cokoviclə qarşılaşacaq.

Xəbər 466 dəfə oxundu.