“Böyük dəbilqə”: Kişilər arasında yarışlarda Azərbaycan komandası birinci yerdədir
Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirində ilk günün yarışları başa çatıb.

Kişilər arasında keçirilən yarışların nəticələrinə görə, Azərbaycan komandası birinci yerdə qərarlaşıb. Komandamızın aktivinə qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy yazdırıb. Komandamızın digər üzvü 66 kiloqram çəki dərəcəsində döyüşən Nicat Şıxəlizadə isə 7-ci yeri tutub. Turnirin birinci günündə mübarizə aparan qalan idmançılarımız - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) yarışla erkən vidalaşıblar.

Kişilər və qadınlar arasında yarışların ümumi nəticəsinə görə, yığmamız Fransa, İsrail, İspaniya, Böyük Britaniya komandalarından sonra 5-ci yerdədir.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

Xəbər 430 dəfə oxundu.