Azərbaycan idman jurnalistlərinin II respublika toplantısı keçiriləcək
Fevralın 20-də Azərbaycan idman jurnalistlərinin II respublika toplantısı keçiriləcək.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə keçiriləcək tədbirdə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər iştirak edəcəklər.

Toplantıda AİJF-nin illik fəaliyyəti ilə bağlı hesabat veriləcək, idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.

Xəbər 494 dəfə oxundu.