Təl-Əvivdə keçiriləcək “Böyük dəbilqə” turnirində 15 cüdoçumuz mübarizə aparacaq
Fevralın 18-də Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Yarışda Azərbaycanın 15 cüdoçusu mübarizə aparacaq.

Kişilərin mübarizəsində Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.

Turnirdə 60 ölkədən 400-dən çox idmançı çıxış edəcək.

Xəbər 416 dəfə oxundu.