Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Zəkiyev İlham Əzizağa oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Rəhimov İlqar Elxan oğlu “Tərəqqi” medalı ilə Abbasov İlqar Əziz oğlu Əlizadə Ülkər Ələsgər qızı Hacıyev Yaşar Fərəc oğlu Məhərrəmov İlham Nadir oğlu Muradov Əkbər Ədalət oğlu Mürsəlov Rauf Dadaş oğlu Ramazanzadə Mehman Əbil oğlu. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 fevral 2021-ci il. |
|
Xəbər 587 dəfə oxundu. |
|
|