Formula 3: “Carlin” komandası israilli pilotla müqavilə imzalayıb
Formula 3 yarışında çıxış edən “Carlin” komandası yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Komanda İdo Koen ilə müqavilə imzalayıb. İsrailli pilot yeni mövsümdə Conni Edqar ilə birgə “Carlin”in uğurları üçün çıxış edəcək. Üçüncü pilot hələ müəyyənləşməyib.

Pilot ötən mövsümü Euroformula Open yarışında keçirib və 2 dəfə podiuma qalxıb.

Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Mayın 7-də Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.

Xəbər 541 dəfə oxundu.