Millimizin Tovuzda təlim-məşq toplanışı olacaq
Fevralın 9-dan 19-dək Tovzuda, “Turan Tovuz” Futbol Akademiyasında 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcəklər.

Hazırlıq prosesinə Elgün Bayramov (“Səbail”), Kamran Şəbiyev (“Sabah”), Rza Cəfərov (“Neftçi”), Uğur İbrahimov (“Zirə”), Rəşad Həsənov (“Keşlə”), Raqif Abuşov (“Sabah”), Sərvin İsmayılov (“Sumqayıt”), Nihad Həsənzadə (“Keşlə”), Mirəli Əhmədov (“Neftçi”), Rəhim Cəfərli, Elşən Məmmədov (hər ikisi “Zirə”), Məhəmməd Tağıyev (“Keşlə”), Mahmud Ağayev (“Zirə”), Aşqın Abazərov (“Neftçi”), Rüstəm Hümbətov (“Sumqayıt”), Musa Musazadə (“Qarabağ”), Vüsal Əliyev (“Zirə”), Vüsal Qənbərov (“Keşlə”), Xəyal Əliyev (“Səbail”), Tamerlan Burcəliyev (“Zirə”), Kamal Kazımov (“Kasımpaşa, Türkiyə), Məhəmməd Səfərov (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”), Əşrəf Zeynallı (“Sabah”), Ümüd Həmzəyev (“Zirə”) və Nəriman Axundzadə (“Qarabağ”) dəvət olunublar.

Xəbər 447 dəfə oxundu.