Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq | |
Bu gün Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin püşkü atılacaq. İdman.com.az saytının məlumatına görə, Bakı vaxtilə saat 15:00-da başlayacaq tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Bununla da turnirdə yeganə təmsilçimiz olan “Neftçi”nin rəqibi müəyyənləşəcək. Hər halda, evdə Gürcüstanın “Zestafoni” klubuna evdə 3:0 hesabı ilə qalib gələndən sonra III mərhələyə keçmək vəzifəsini demək olar həll edən çempionumuzun növbəti rəqibinin kim olacağı maraqla gözlənilir. Artıq çempionumuzun rəqibləri konkretləşdirilib. Bunlar arasında “Seltik”lə yanaşı, “Flora” (Estoniya) - “Bazel” (İsveçrə), “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya), “Valletta” (Malta) - “Partizan” (Serbiya), “Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibi olacaq ki, bunlar arasında ən münasibi sonuncu sayılmalıdır. Çempionlar Səpələnmişlər “Flora” (Estoniya) - “Bazel” (İsveçrə) cütünün qalibi “Anderlext” (Belçika) “Seltik” (Şotlandiya) BATE (Belarus) - “Vardar” (Makedoniya) cütünün qalibi “Dudelanj” (Lüksemburq) - “Zalsburq” (Avstriya) cütünün qalibi “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya) cütünün qalibi ÇFR (Rumıniya) “Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibi “Valletta” (Malta) - “Partizan” (Serbiya) cütünün qalibi TNS (Uels) - “Helsinqborq” (İsveç) cütünün qalibi Səpələnməmişlər “Uliss” (Ermənistan) - “Şerif” (Moldova) cütünün qalibi “Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan) cütünün qalibi “Maribor” (Sloveniya) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi “Molde” (Norveç) - “Ventspils” (Latviya) cütünün qalibi “Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi “Buduçnost” (Çernoqoriya) - “Şlask” (Polşa) cütünün qalibi HİK (Finlandiya) - “Reykyavik” (İslandiya) cütünün qalibi AEL (Kipr) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi “Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva) cütünün qalibi “Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan) cütünün qalibi Qeyri-çempionlar Səpələnmişlər “Dinamo” (Ukrayna) “Panatinaikos” (Yunanıstan) “Kopenhagen” (Danimarka) “Fənərbaxça” (Türkiyə) Səpələnməmişlər “Brügge” (Belçika) “Vaslui” (Rumıniya) “Feyenoord” (Hollandiya) “Mozervell” (Şotlandiya) |
|
Xəbər 1040 dəfə oxundu. |
|
|