MotoGP yarışlarının Çexiya mərhələsi təqvimə daxil edilməyib
MotoGP yarışlarının yeni mövsümünün təqvimi koronavirus pandemiyası ilə əlaqəli olmayan ciddi itki ilə üzləşib. Belə ki, builki təqvimdə Çexiyanın Brno trası yer almayıb.

Keçən il keçirilən dünya çempionatında pilotlar treklərdən birinin asfaltının vəziyyətini tənqid ediblər. Bundan sonra təşkilatçılar asfaltın əvəz olunmayacağı təqdirdə, yarışın 2021-ci ildə baş tutmayacağını açıq şəkildə bildiriblər. Trasın sahibləri və yerli hökumət örtüyün dəyişdirilməsi üçün razılığa gələ bilmədikləri üçün, Çexiyadakı yarış 2021-ci il mövsümünün təqviminə daxil edilməyib.

Qeyd edək ki, MotoGP yarışları Brnoda 1950-ci ildən keçirilirdi.

Xəbər 559 dəfə oxundu.