“Keşlə” doğma meydanda “Kəpəz”i minimal hesabla məğlub edib
Fevralın 2-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsi çərçivəsində keçirilən matçda “Keşlə” doğma meydanda “Kəpəz”i qəbul edib.

“ASK Arena”da keçirilən qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər. Görüşün 42-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi isə Sezar Meza Kolli olub. Bu oyunun cavab qarşılaşması fevralın 7-də Gəncə şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, ölkə kubokunun dörddəbir final mərhələsinin digər oyunlarında “Səbail” səfərdə “Sumqayıt”ı (0:1), “Qarabağ” isə öz meydanında “Qəbələ”ni (3:1) məğlub edib. “Neftçi” – “Zirə” görüşü isə hazırda davam edir.
Azərbaycan kubokunun dörddəbir final mərhələsində cavab görüşləri isə fevralın 6-da və 7-də keçiriləcək.

Xəbər 402 dəfə oxundu.