Ümumdünya Taekvondo Şurasının builki təqvimi açıqlanıb
Ümumdünya Taekvondo Şurası bu il ilk növbədənkənar iclasını keçirib.

Şura bu il üçün vacib yarışlarla bağlı bir sıra qərarlar qəbul edib. Ümumilikdə, bu ilin təqviminə 72 turniri daxil edilib. Bunlardan 15-i şuranın turniri, 10-u “multi-idman” tədbiri (Olimpiada, universiada və s.), 9-u qitə turniri və qalan 38-i isə şuranın tanıdığı yarışlardır. Təqvimə həmçinin, qadınların açıq dünya çempionatı, Qran-Pri turniri və Super İstedad Şousu da daxil edilib.
Taekvondoçularımızın iştirak edəcəkləri yarışlardan Avropa Olimpiya Təsnifat turnirinin mayda Sofiyada təşkili planlaşdılıb. Əvvəlcə bu yarışın aprelin 17-19-da Milanda keçirilməsi nəzərdə tutulsa da, epidemioloji səbəbdən aprelin 16-18-də Moskvada keçirilməsi qərara alınmışdı. Daha sonra yanvarın 30-31-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi nəzərdə tutulan taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri yenidən təxirə salınmışdı.
Taekvondo və para taekvondo üzrə dünya çempionatları isə ilin sonuna yaxın – müvafiq olaraq oktyabrın 12-18-də və 21-22-də keçiriləcək. Yarışlara Çinin Usi şəhəri ev sahibliyi edəcək.

Xəbər 425 dəfə oxundu.