Bu gün futzal üzrə Azərbaycan millisi Yunanıstan yığmasının qonağı olacaq
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz Afinada, “Daiss Sports Hall”da Yunanıstan yığması ilə qarşılaşacaq. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək. Görüşün birinci hakimi İbrahim El Jilali, ikinci referisi isə Lars Van Leeuven olacaq. Üçüncü hakim yerli federasiyanın əməkdaşı Vasilios Kristodoulis, saniyəölçən isə Nikolaos-Andreas Paçakis olacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində birinci oyununda doğma meydanda Slovakiya yığması ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.

Xəbər 414 dəfə oxundu.