Sübhan Hümbətov "İdman Ustası” adına layiq görülüb
Binəqədi rayon 306 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Sübhan Hüseyn oğlu Hümbətov Gənclər və İdman Nazirliyi tərəfindən "İdman Ustası” adına layiq görülüb.

S.Hümbətov dəfələrlə beynəlxalq turnirlərin, o cümlədən, 2018-ci ildə Azərbaycanda və Gürcüstanda keçirilən beynəlxalq turnirin qalibi olub. Son olaraq İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində 1-ci yerə layiq görülüb və dünya çempionu adını qazanıb.

Xəbər 1080 dəfə oxundu.