İkinci avtoidman oyunları 18 növ üzrə keçiriləcək
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ikinci avtoidman oyunları 18 növ üzrə keçiriləcək.

Növbəti turnirdə birinci avtoidman oyunlarının keçirildiyi 6 növə (GT, turinq, Formula 4, drift, virtual yürüş, kartinq slalom) yeniləri əlavə olunacaq. Yeni növlər sırasında GT Sprint, Endurance, Rally2, Rally4, Historic Rally, Historic Regularity Rally və kartinq yarışları yer alıb.

İkinci avtoidman oyunları oktyabrın 29-dan 31-dək Fransanın Marsel şəhərində Pol-Rikar trasında baş tutacaq.

Qeyd edək ki, avtoidman oyunları ilk dəfə 2019-cu ildə İtaliyanın Roma şəhəri yaxınlığında yerləşən Vallelunqa trasında keçirilib. Yarışların qalibi Rusiya komandası olub. İkinci oyunların 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Xəbər 542 dəfə oxundu.