Luis Felipe Skolari “Kruzeyro”dan gedib | |
Dünya futbolunun ən titullu baş məşqçilərindən, 2002-ci ildə Braziliya millisinə dünya çempionluğu qazandırmış Luis Felipe Skolari “Kruzeyro”dan gedib. Ötən il bu vəzifəyə təyin edilmiş braziliyalının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, 72 yaşlı Skolari 2000-2001-ci il mövsümündə də bu komandaya rəhbərlik etmişdi. Daha sonra isə Braziliya millisinin sükanı arxasına keçərək karyerasının ən böyük nailiyyətini qazanmışdı. |
|
Xəbər 342 dəfə oxundu. |
|
|