Formula 3: “Jenzer Motorsport” komandası fransalı pilotla müqavilə imzalayıb
Formula 3 yarışında çıxış edən “Jenzer Motorsport” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.

Komanda Pyer-Lui Şove ilə müqavilə imzalayıb. Fransalı pilot yeni mövsümdə Kalan Uilyamsla birgə “Jenzer Motorsport”un uğurları üçün çıxış edəcəklər.

Ötən mövsümü “Hitech” komandasında keçirən fransalı pilotın ən yaxşı nəticəsi Montsaya təsadüf edib. Həmin yarışda Pyer-Lui Şove altıncı olub.

Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.

Xəbər 521 dəfə oxundu.