Braziliyada baş verən təyyarə qəzasında futbolçular həlak olub
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb.

Portu-Nasiunal şəhərində (Tokantis ştatı) baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Bildirilib ki, təyyarədə pilotdan əlavə dörd futbolçu və Braziliyanın dördüncü divizionunun "Palmas" klubunun prezidenti olub.

Xəbər 403 dəfə oxundu.