Səkkiz yaşlı şahmatçı dünya çempionatındakı uğurlu çıxışına görə təltif edilib
Gəncə şahmatçısı, dünya çempionatının mükafatçısı Səadət Bəşirli təltif olunub.

Yanvarın 22-də keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov yeniyetmələr arasında keçirilmiş dünya çempionatında yüksək nəticə əldə etmiş S.Bəşirliyə fəxri diplom və dəyərli hədiyyə təqdim edib.

Qeyd edək ki, Səadət Bəşirli yeniyetmələrin dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsində 46 ölkədən 10 yaşadək 53 qız şahmatçı arasında ən yaxşı nəticə göstərərək birinci yeri tutub. Səkkiz yaşlı idmançı çempionatın yekun mərhələsində play-off sistemi ilə keçirilən səkkizdəbir və dörddəbir final mərhələlərini uğurla keçərək yarımfinala yüksəlib. O, çempionatın ümumi yekununda dördüncü olub.

Xəbər 423 dəfə oxundu.