Avstraliyada top tennisçilər arasında keçiriləcək şou xarakterli turnirin iştirakçıları müəyyənləşib
Yanvarın 29-da Avstraliyanın Adelaida şəhərində top tennisçilər arasında təşkil olunacaq şou xarakterli turnirin iştirakçıları müəyyənləşib.

Turnirdə 8 tennisçi birincilik uğrunda mübarizə aparacaq. Qadınların yarışında avstraliyalı Eşli Barti, ABŞ təmsilçisi Serena Uilyams, Yaponiya tennisçisi Naomi Osaka və rumıniyalı Simona Halep iştirak edəcəklər. Kişilərin mübarizəsində isə serbiyalı Novak Cokoviç, İspaniya idmançısı Rafael Nadal, avstriyalı Dominik Tim və İtaliya tennisçisi Yannik Sinner yarışacaqlar.

Turnir iki sessiyadan ibarət olacaq.

Xəbər 501 dəfə oxundu.