Britaniyalı pilot Oliver Kolduell karyerasını yenidən Formula 3-də davam etdirəcək | |
Britaniyalı pilot Oliver Kolduell karyerasını yenidən Formula 3-də davam etdirəcək. Pilot “Prema” komandası ilə müqavilə imzalayıb. Ötən mövsümü Formula 3 təmsilçisi “Trident”in heyətində keçirən O.Kolduellin ən yaxşı göstəricisi Ştriya Qran-Prisinə təsadüf edib. Avstriyada keçirilən yarışda pilot beşinci olub. Beləliklə, “Prema” komandası 2021-ci il üçün heyətini açıqlayıb. Daha əvvəl İtaliya komandası Formula 1 pilotu Şarl Leklerin qardaşı Artur Lekler və Dennis Hauqer ilə müqavilə imzalayıb. |
|
Xəbər 534 dəfə oxundu. |
|
|