“Zenit” klubu millimizin futbolçusu ilə yeni müqavilə imzalayıb | |
Rusiyanın “Zenit” futbol klubu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb. 25 yaşlı futbolçu ilə birillik yeni müqavilə imzalanıb. Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir. Qeyd edək ki, J.Məhsimova daha əvvəl Rusiyada “Torpedo”, Azərbaycanda isə “Sumqayıt”, “Səbail” və “Uğur” klublarının formasını geyinib. |
|
Xəbər 370 dəfə oxundu. |
|
|